“Alpine” komandasının rəhbəri: Biz Bakı mərhələsinə ciddi yenilənmə hazırlayırıq

Formula 1 çempionatının “Alpine” komandasının rəhbəri Otmar Safnauerin fikrincə, onun komandası cari mövsümdə “Mercedes”lə mübarizə apara bilər.

Safnauer bu barədə deyib: “Biz Bakı mərhələsinə ciddi yenilənmə hazırlayırıq. Bir həftə sonra isə Mayamiyə də bəzi yeniliklər aparmağı planlaşdırırıq. Çox mühümdür ki, biz bolidləri trasa buraxdıqda bütün yeniliklər işə yarasın. Biz ötən il modelləşdirmənin köməyi ilə olduqca dəqiq məlumatlar əldə etməyi öyrənmişik. Əgər bu cür davam edərsə, düşünürəm ki, inkişaf yarışında rəqiblərimizdən yaxşı olacağıq”.

“Alpine” komandasının sürət baxımından “Mercedes” ilə ayaqlaşa bilməsi barədə sualı Safnauer belə cavablandırıb: “Biz komandamız üçün maksimum mümkün sürəti artırmağa hazırlaşırıq. “Mercedes” komandasının nə sürpriz hazırlayacağını qabaqcadan demək çox çətindir”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində Bakıda keçiriləcək.

Xəbər 195 dəfə oxundu.