Azərbaycan çempionatında daha yeddi çəki dərəcəsi üzrə qaliblər bəlli olub
20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı davam edir.

Yarışın ikinci günündə sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kiloqram çəki dərəcələrində görüşlər keçirilib.

Ümumilikdə yeddi çəki üzrə 88 güləşçi gücünü sınayıb.

Sərbəst güləşçilərin yarışında Timur Gülmaqomedov (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) Yusif Dursunov (125 kq), yunan-Roma güləşçilərinin mübarizəsində isə Elmir Əliyev (55 kq), Məhəmməd Şükürzadə (60 kq), Fəraim Mustafayev (63 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarışın ilk günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Xəbər 137 dəfə oxundu.