Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə fransalı həmkarı ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Parisdə Fransa Basketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüşüb.

Görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar barədə müzakirələr aparılıb.

Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, mayda Almaniyanın Münxen şəhərində keçiriləcək seçkilərdə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz Jan-Piyer Siyutadır.

Xəbər 146 dəfə oxundu.