Qadın voleybolçular arasında ölkə çempionatında yarımfinal mərhələsinə start verilir
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Oyun günündə "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov"la MOİK, "Xarı bülbül"lə isə "Neftçi" üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Xəbər 142 dəfə oxundu.