Millimiz Bosniya və Herseqovinada Monteneqro yığması ilə qarşılaşıb
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Yığmamız Bosniya və Herseqovinada keçirilən matçda Monteneqro kollektivi ilə qarşılaşıb.

Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Beləliklə, ikinci qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni üçüncü pillədə başa vurub.

Xəbər 127 dəfə oxundu.