“Zirə”nin legionerləri Afrika Millətlər kuboku yarışlarında məğlubiyyətə üzülüblər | |
Bakının “Zirə” klubunun legionerləri Toni Qomes və İssa Cibrilla Afrika Millətlər kuboku yarışlarında məğlubiyyətə üzülüblər. Toninin formasını geyindiyi Qvineya-Bisau yığması evdə Nigeriyaya 0:1 hesabı ilə uduzub. İssanın komandası - Niger millisi də Əlcəzairə doğma meydanda eyni hesabla məğlub olub. Hər iki futbolçu milli komandanın oyununu sonadək ehtiyat oyunçular skamyasından izləyib. A qrupunda yer alan Qvineya-Bisau dörd turdan sonra yeddi xalla ikinci pillədə qərarlaşıb. Niger yığması isə F qrupunda iki xalla üçüncüdür. |
|
Xəbər 125 dəfə oxundu. |
|
|