Azərbaycan millisi Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

Millimiz Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovinada yerli komanda ilə qarşılaşacaq.

Oyun Rumıniyadan olan hakim Ana Mariya Aleksandra Terteleaka tapşırılıb. Ona Aleksandra Apostu (Rumıniya), Ana Ciobotaru və Yelena Gobjila (hər iki Moldova) kömək edəcəklər.

Qeyd edək ki, millimiz ilk oyununda Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib.

Xəbər 147 dəfə oxundu.