Emin Mahmudov: Komanda olaraq oyuna tam hazırıq
Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik.

Bu sözləri “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya yığmasının qonağı olacaq Azərbaycan millisinin kapitanı Emin Mahmudov martın 23-də təşkil olunan mətbuat konfransında deyib.

Emin Mahmudov bildirib ki, son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik: “Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq

Xəbər 168 dəfə oxundu.