Futzalçılarımız Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

Bosniya Herseqovinada yerli yığmaya qarşı oyun 4:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin heyətində Şahbaz Həndəmli fərqlənib.

U-19 qrupda sonuncu oyununu martın 25-də Yunanıstan yığmasına qarşı oynayacaq.

Xəbər 166 dəfə oxundu.