Stolüstü tennisçilərimiz Antalyada daha bir medal qazanıblar
Stolüstü tennisçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli Dünya Stolüstü Tennis Təşkilatının (WTT) Antalyada təşkil etdiyi "WTT Youth Contender" yarışının qarışıq-qoşa turnirində bürünc medala layiq görülüblər.

Səkkizdəbir finalda Türkiyəni təmsil edən Nehir Çinar – Çelik Yağız cütünə qalib gələn idmançılarımız ardınca Elif Akyürek – Ahmed Gülenler (Türkiyə) tandemini də mübarizədən kənarlaşdırıblar.

Yarımfinalda yerli Görkem Ocal – Busra Demir cütünə uduzan stolüstü tennisçilərimiz fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Yarışın ilk günlərində Yağmur Məmmədli şəxsi mübarizədə yarışın gümüş, Mərziyyə Nurmətova isə bürünc mükafatını qazanıb.

İyirmi ölkənin idmançılarının qatıldığı turnirə martın 25-də yekun vurulacaq.

Xəbər 241 dəfə oxundu.