Azərbaycanın U-17 millisi Qazaxıstan yığmasına qalib gəlib
On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.

Bosniya və Herseqovinada keçirilən oyunda millimiz Qazaxıstan yığması ilə qarşılaşıb. Matç 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Oyunda qolları Ayşən Salamzadə və Aydan Həsənova vurublar.

Millimiz qrupda növbəti oyununu martın 25-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.

Xəbər 215 dəfə oxundu.