“Barselona"nın sabiq futbolçusu Boyan Krkiç karyerasını bitirib
İspaniyanın “Barselona" klubunun sabiq futbolçusu Boyan Krkiç karyerasını bitirib.

Hücumçu üçün "Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunda mətbuat konfransı təşkil ediləcək.

Futbolçu "Barselona"nın yetirməsidir. O, 2007-2011-ci, 2013-2014-cü illərdə bu klubun əsas komandasında forma geyinib. Hücumçu Kataloniya təmsilçisinin heyətində çıxdığı 163 matçda 41 qol vurub və 19 qolun ötürməsini verib. Krkiç karyerası ərzində "Roma", "Milan", "Ayaks", "Stok Siti", "Maynts", "Alaves" ve "Monreal" kimi komandalarda da çıxış edib. Onun son klubu Yaponiya "Vissel kobe"si olub.

Xəbər 199 dəfə oxundu.