İtaliya Super kuboku yarışları növbəti mövsümdən yeni formatda keçiriləcək
Futbol üzrə İtaliya Super kuboku yarışları 2023-2024-cü il mövsümündən etibarən yeni formatda keçiriləcək

Yeni mövsümdən yarış dörd komandanın iştirakı ilə təşkil olunacaq.

İştirakçılardan ikisi A Seriyasını ilk iki pillədə başa vuran, digər ikisi isə İtaliya kuboku yarışlarının finalına vəsiqə qazanan komandalar olacaqlar.

Xəbər 174 dəfə oxundu.