KONKAKAF Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək
KONKAKAF (Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının finalı Las-Veqasdakı “Allecent” stadionunda keçiriləcək.

Turnirin yarımfinal, üçüncü yer uğrunda görüşləri də bu arenada olacaq. Oyunlar iyunun 15-18-də keçiriləcək.

“Allecent” stadionu “Las Vegas Raiders” klubuna məxsusdur və 65 min tamaşaçı tutumuna malikdir.

KONKAKAF Millətlər Liqasının ilk qalibi ABŞ yığması olub.

Xəbər 197 dəfə oxundu.