"Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib
"Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib.

"Turan Tovuz" panamalı Roderik Millerlə anlaşıb.

Otuz yaşlı müdafiəçi ilə 3 ay, + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin növbəti birillik hissəsi qüvvəyə minəcək.

Panamanın “San Fransisko” klubunun yetirməsi olan R.Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

Müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.

Xəbər 159 dəfə oxundu.