Millimiz Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında mübarizəyə başlayır
Bu gün Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçına çıxacaq.

Millimiz Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bosniya və Herseqovinanın Şiroki Briyeq şəhərindəki Pecara idman zalında keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oyunun baş hakimi ingiltərəli Peter Nurse olacaq. Ona Martin Koster (Danimarka) və Norbert Szilagyi (Macarıstan) kömək edəcəklər.

Görüş “Fudbal BİH” yutub kanalı vasitəsilə yayımlanacaq.

Xəbər 277 dəfə oxundu.