“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib
İspaniyanın “Sevilya” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda Xose Luis Mendilibara həvalə olunub.

İspaniyalı məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu vəzifədə Xorxe Sampaolini əvəz edib.

Qeyd edək ki, Xose Luis Mendilibar son olaraq "Alaves"i çalışdırıb.

Xəbər 114 dəfə oxundu.