Bolqarıstan – Monteneqro oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Monteneqro oyunu azərbaycanlı hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.

Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.

Qeyd edək ki, Bolqarıstan – Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.

Xəbər 186 dəfə oxundu.