“Neftçi”nin müdafiəçisi Gürcüstan millisinə dəvət olunub | |
Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub. 31 yaşlı futbolçu martın 25-də Monqolustanla yoldaşlıq görüşünə, ayın 28-də isə Norveçlə “Avro-2024”ün seçmə mərhələ matçına çağırılıb. Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 47 oyun keçirib. |
|
Xəbər 198 dəfə oxundu. |
|
|