Bakıda kikboksinq üzrə “Bahar turniri” keçiriləcək
Martın 25-26-da Hövsan Olimpiya İdman Kompleksində kikboksinq üzrə “Bahar turniri” keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyası, Xəzər Rayon Gənclər və İdman İdarəsi və “Vətən” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarışda uşaqlar, kadetlər, yeniyetmələr və gənclər güclərini sınayacaqlar.

Yarışda Azərbaycan Kikboksinq Federasiyasına üzv olan klub və filialların seçmə idmançıları iştirak edəcəklər.

Xəbər 250 dəfə oxundu.