La Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb
İspaniyanın "Elçe" futbol klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna komandanın uğursuz çıxışı səbəb olub.

"Elçe" 26 turdan sonra 13 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis ötən ilin noyabrından "Elçe"ni çalışdırırdı. İspaniyalı məşqçi bundan əvvəl ölkəsində "Sevilya", "Espanyol" və "Alaves"in baş məşqçisi olub.

Xəbər 178 dəfə oxundu.