Ağır atletika üzrə millimizin dünya birinciliyi üçün heyəti açıqlanıb
Ağır atletika üzrə Azərbaycan yığmasının martın 25-də Albaniyanın Dürres şəhərində start götürəcək yeniyetmələr arasında dünya birinciliyi üçün heyəti açıqlanıb.

Aprelin 1-dək davam edəcək yarışda milli komandamızın üç üzvü gücünü sınayacaq.

Birincilikdə Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, dünya birinciliyinə 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet qatılacaq.

Xəbər 224 dəfə oxundu.