Həndbol: "İdman Akademiyası" ölkə çempionatında liderliyini davam etdirir
Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

XIX turda turnir cədvəlinin lideri "İdman Akademiyası" komandası "Təhsil" ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan görüş 30:25 hesabı ilə "İdman Akademiyası”nın xeyrinə başa çatıb.

Turun "U-16" - "Məhsul" görüşü nominal qonaqların qələbəsi ilə yekunlaşıb -18:44. "Dinamo" isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib.

XX turun oyunlarında da gözlənilməz nəticələr qeydə alınmayıb. "Təhsil" bu turda da "İdman Akademiyası"na ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib - 22:26. "Məhsul" "U-16"ya bu dəfə 36:22, "Dinamo" isə RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.

Aktivində 45 xal olan "İdman Akademiyası" çempionatın vahid lideridir. "Məhsul" 35 xalla ikinci, "Dinamo" 30 xalla üçüncü pillədə qərarlaşıb. Dördüncü yerdəki "Təhsil"in 27 xalı var. RİOEUGİM-lə "U-16" komandası hərəyə 3 xalla 5-6-cı yerləri bölüşürlər. "Bakı" isə 1 xalla çempionatın autsayderidir.

Xəbər 190 dəfə oxundu.