Taekvondoçularımız Belçikadan üç medalla qayıdırlar
Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı başa çatıb.

G2 kateqoriyalı yarışı millimiz 1 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.

Xəbər 136 dəfə oxundu.