Gənc boksçularımız dünya kuboku yarışlarında altı medal qazanıblar
Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku yarışlarına yekun vurulub.

Millimiz 25 ölkədən 176 (58 qız, 118 oğlan) idmançının qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə bitirib.

Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Ö.Aslanlıdan əvvəl Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Xəbər 159 dəfə oxundu.