Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb
Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.

Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubunun üzvü M.Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Millimiz martın 24-də Avstriya, üç gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək

Xəbər 198 dəfə oxundu.