“Qarabağ” klubu “Şəmkir”in rekordunu təkrarlayıb | |
Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib. Nəticədə Qurban Qurbanovun yetirmələrinin səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Q.Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub – 1:3. Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib. Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdam təmsilçisi növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər. |
|
Xəbər 114 dəfə oxundu. |
|
|