“Fənərbağça” klubu qapıçısı Altay Bayındırla müqaviləni yeniləyib
“Fənərbağça” klubu qapıçısı Altay Bayındırla müqaviləni yeniləyib.

Tərəflər arasında yeni müqavilə 2026-2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçu 2019-cu ildə “Ankaragücü” klubundan İstanbul təmsilçisinə transfer olub. İyirmi dörd yaşlı qolkiper İstanbul klubunda 137 oyun keçirib. Komandanın kapitanı olan futbolçu Türkiyə millisinə də dəvət alır.

Xəbər 155 dəfə oxundu.