Millimiz “Avro-2024”ün seçmə mərhələsinə “Dalğa Arena”da hazırlaşır
Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçlə oyunlara hazırlaşan Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı davam edir.

Baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi yığmamız “Dalğa Arena”da hazırlaşır.

Milliyə dəvət alan legioner futbolçular hələlik düşərgəyə qoşulmayıb. Hazırlıqda yalnız ölkə daxilində çıxış edən oyunçular iştirak edirlər.

Yığmamız Avstriya millimiz ilə martın 24-də, İsveç seçməsi ilə ayın 27-də səfərdə üz-üzə gələcək.

Xəbər 154 dəfə oxundu.