Basketbol Liqası: “Sabah” və NTD növbəti qələbələrini qazanıb
Azərbaycan Basketbol Liqasında XXII turun daha iki oyunu keçirilib.

Astarada yerli “Zirvə” komandası "Sabah" ilə qarşılaşıb. Oyuna fəal başlayan “Sabah” klubu rəqibi üzərində 87:65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qoruyub. Ən məhsuldar basketbolçular "Zirvə Astara”dan Zo Tayson (16 xal, 8 ribaund), "Sabah"dan isə Entoni Patti (28 xal, 18 ribaund) olub.

“Sərhədçi” İdman Mərkəzində NTD və "Sərhədçi" basketbolçuları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın sonunda NTD 76:73 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular NTD-dən Ceremi Heys (18 xal, 10 ribaund), "Sərhədçi"dən Brendon Miller (21 xal, 9 asist) olublar.

XXII tura bu gün keçiriləcək “Olimpik Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.

Xəbər 157 dəfə oxundu.