Avropa çempionatın qrup oyunlarında iştirak edəcək futzalçılardan ibarət millimizin heyəti açıqlanıb | |
Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Martın 21-dən 26-dək baş tutacaq matçlarda ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı iştirak edəcək. Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə oyunların keçiriləcəyi Siroki Breyqə avtobusla yollanacaq. U-19-u görüşlərə baş məşqçi kimi İlqar Aslanov çıxaracaq. U-19-un heyəti və oyunların təqvimi aşağıdakı kimidir: Əli Quliyev (ADBTİA), Sadiq Əlizadə, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Qudrət Qasımzadə (hamısı “Baku Fire”), Kərim Babayev (“Zirə”), Şahbaz Həndəmli, Əhməd İsmayılov, Sunay Həsənov, Elşən Mahmudov, İlham Alıyev (hamısı U-19). Avropa çempionatı Əsas mərhələ 22 mart Saat 20:00. Fransa – Azərbaycan Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan) Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina) Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya) UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya) Şiroki Briyeq, Pecara İdman zalı 23 mart Saat 23:00. Bosniya və Herseqovina – Azərbaycan Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina) Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya) UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya) Şiroki Briyeq, Pecara İdman zalı 25 mart Saat 20:00. Azərbaycan – Yunanıstan Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina) Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya) UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya) Şiroki Briyeq, Pecara İdman zalı |
|
Xəbər 148 dəfə oxundu. |
|
|