UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb | |
UEFA Konfrans Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb. Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu mərhələdə üz-üzə gələcək komandalar məlum olub. Püşkün nəticələrini təqdim edirik: “Lex” (Polşa) – “Fiorentina” (İtaliya) “Gent” (Belçika) – “Vest Hem” (İngiltərə) “AZ Alkmaar” (Niderland) – “Anderlext” (Belçika) “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa). Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra olacaq. Yarımfinal matçları mayın 11-i və 18-də keçiriləcək. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da təşkil ediləcək. |
|
Xəbər 128 dəfə oxundu. |
|
|