UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb
UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə bu mərhələdə qarşılaşacaq komandalar müəyyənləşib:

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)

“Bayer” (Almaniya) – “Union” (Belçika)

“Feyenoord” (Niderland) – “Roma” (İtaliya).

Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq.

Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da olacaq.

Xəbər 174 dəfə oxundu.