UEFA Çempionlar Liqası: dörddəbir final mərhələsinin püşkü atılıb | |
UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb. Püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilib. Püşkatma nəticəsində bu mərhələdə qarşılaşacaq komandalar məlum olub: “Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə) “İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) “Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya) “Milan” (İtaliya) - “Napoli” (İtaliya). Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri həmin ayın 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları mayın 9, 10-da və 16, 17-də oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda olacaq. |
|
Xəbər 158 dəfə oxundu. |
|
|