Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycanın sərbəst güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayır.

Nurəddin Novruzov (57 kq) Gennadi Diuvenji, Rəşid Babazadə (65 kq) Veniamin Borzin (hə ikisi Moldova), Maqomed-Başir Xaniyev (70 kq) ukraynalı Narek Poqosyan, Səbuhi Əmiraslanov (79 kq) Radomir Stoyanov (Bolqarıstan) - Mateuş Pedziçk (Polşa) cütünün qalibi, İslam İlyasov (97 kq) isə Almaniya təmsilçisi Ertuğrul Ağcan ilə güləşəcək.

Bu gün, həmçinin qadın güləşçilərdən Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq. Jalə Əliyevanın (57 kq) təsəlliverici qarşılaşmada rəqibi Nazife Mustafa Tahir (Bolqarıstan) olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

Xəbər 152 dəfə oxundu.