UEFA Konfrans Liqası: “Gent” klubu dörddəbir finala yüksəlib | |
UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start verilib. ilk oyun günündə bir qarşılaşma keçirilib. “Başakşehir” klubu İstanbulda Belçikanın “Gent” komandasını qəbul edib. Görüş Belçika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. İki görüşün nəticəsinə görə, “Gent” turnirin dörddəbir final mərhələsinə yüksəlib. “Gent” turnirin pley-off mərhələsində Ağdamın "Qarabağ" klubunu mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək. |
|
Xəbər 68 dəfə oxundu. |
|
|