“Napoli” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
İtaliyanın “Napoli” klubu futbolçusu Stanislav Lobotka ilə müqaviləni yeniləyib.

Slovakiyalı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb. Müqaviləyə əməkdaşlığın daha bir il müddətinə uzadılması variantı da daxil edilib.

Yarımmüdafiəçinin “Napoli” ilə əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək idi.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 1 qol vurub, 1 qolun ötürməsini edib.

Xəbər 219 dəfə oxundu.