Millimizin cüdo üzrə “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb
Martın 24-26-da Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Turnirdə ölkəmizi 13 cüdoçu təmsil edəcək.

Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar.

Turnirdə 61 ölkədən cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 175 dəfə oxundu.