Nərgiz İsmayılova Çağırış kuboku yarışlarının final oyununa təyinat alıb
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında Çağırış kuboku yarışlarının final oyununa təyinat alıb.

N.İsmayılova Yunanıstanın "Olimpiakos" və İsrailin "Makkabi Təl-Əviv” klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Yunanıstanda baş tutacaq.

CEV-in bu matç üçün təyinatına əsasən N.İsmayılova görüşün hakimləri serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskanın işinə qiymət verəcək.

Xəbər 180 dəfə oxundu.