“Gəncə" basketbol komandası təxirə salınmış oyunda qələbə qazanıb
Martın 14-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının XVI turundan təxirə salınmış "Zirvə Astara" - "Gəncə" oyunu keçirilib.

əlavə vaxta gedən oyunun sonunda "Gəncə" rəqibi üzərində 109:104 hesablı qələbə qazanaraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib.

Oyunun ən məhsuldar basketbolçuları "Zirvə Astara"dan Derin Conson (24 xal, 4 ribaund), "Gəncə"dən isə Cared Smol (32 xal, 8 ribaund) olublar.

Xəbər 224 dəfə oxundu.