Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının dörddəbir final mərhələsinin oyununa təyinat alıb.

Təmsilçimiz Türkiyə klubu “Vakıfbank”la İtaliya komandası “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

Görüş martın 15-də İstanbuldakı “Vakıfbank Sport Salonu”nda təşkil olunacaq.

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın əsas hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.

Xəbər 153 dəfə oxundu.