İtaliya A Seriyası: “Milan” növbəti dəfə xal itirib | |
Futbol üzrə İtaliya A seriyasında 26-cı tura yekun vurulub. Turun son oyununda “Milan” öz meydanında “Salernitana”nı qəbul edib. “Rossonyerlər” bu oyunda qələbə qazana bilməyiblər. Görüş 1:1 hesabı ilə başa çatıb. “Milan”ın heyətində 45-ci dəqiqədə Jiru fərqlənib – 1:0. Matçın 61-ci dəqiqəsində Dia fərqlənərək hesaba tarazlıq gətirib -1:1. Beləliklə, hesabında 48 xal olan “Milan” dördüncü pillədə qalıb. “Salernitana” isə 26 xalla 16-cıdır. |
|
Xəbər 142 dəfə oxundu. |
|
|