Azərbaycan voleybolçusu üçüncü dəfə Macarıstan kuboku yarışlarının qalibi olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kuboku yarışlarının qalibi olub.

Blokçunun çıxış etdiyi "Vaşaş" finalda "Bekeşçaba" ilə üz-üzə gəlib. Rəqibini 3:2 hesabı ilə üstələyən “Vaşaş” titula sahib çıxıb. A.Abduləzimova bu qarşılaşmada 14 xal qazanıb.

Qeyd edək ki, voleybolçumuz üçüncü dəfə Macarıstan kuboku yarışlarında qızıl medal əldə edib.

Xəbər 280 dəfə oxundu.