Taekvondoçularımız Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb
Eyndhovendə açıq Niderland çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Yarışa bu gün yekun vurulacaq.

Xəbər 156 dəfə oxundu.