Bu gün daha iki cüdoçumuz “Böyük dəbilqə” turnirində mübarizəyə qoşulacaq
Bu gün Azərbaycanın iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

Milli komandamızın üzvlərindən Nəriman Mirzəyev Tacikistan təmsilçisi Bahruzi Xocazoda, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) yerli idmançı Şaxram Ahadovla üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün cüdoçumuz Əhməd Yusifov (60 kq) turnirdə bürünc medal qazanıb.

Xəbər 175 dəfə oxundu.