Felipe Santos mövsümün sonunda “Qəbələ”ni tərk edə bilər
"Qəbələ" klubunun futbolçusu Felipe Santos mövsümün sonunda komandanı tərk edə bilər.

Braziliyalı hücumçu klubdan müddəti yayda başa çatacaq sözləşməsinin uzadılması ilə bağlı təklif almayıb.

İyirmi altı yaşlı hücumçu bu mövsüm 28 oyunda 4 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 249 dəfə oxundu.