“Sumqayıt”ın qapıçısı Aydın Bayramov yayda klubunu dəyişəcək
“Sumqayıt”ın qapıçısı Aydın Bayramov yayda klubunu dəyişəcək. Artıq komanda axtarışına çıxan qolkiperə bir neçə təklif var.

Komandanın baş məşqçisi Samir Abasovun etimadını qazana bilməyən futbolçu mövsüm bitən kimi komandadan ayrılacağını rəhbərliyə çatdırıb.

Qeyd edək ki, “Sumqayıt”ın hazırda “Zirə”də çıxış edən keçmiş qapıçısı Mehdi Cənnətovla anlaşması A.Bayramovun komandadan gedəcəyini göstərir.

Xəbər 171 dəfə oxundu.