Avropa çempionatı: Qız həndbolçulardan ibarət yığmanın rəqibləri bəlli olub
Bu il Bakıda keçiriləcək 17 yaşlı qız həndbolçular arasında Avropa çempionatının püşkü atılıb.

Avstriyanın paytaxtı Vyanada təşkil edilən mərasimdə Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Milli yığmamız Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstanla birlikdə A qrupunda mübarizə aparacaq.

B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları seçmələri qüvvələrini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı avqustun 5-13-də keçiriləcək.

Xəbər 159 dəfə oxundu.