“Kəpəz” klubu Premyer Liqada altı ildən sonra ardıcıl iki qələbə qazanıb
“Kəpəz” futbol klubu Azərbaycan Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. Turnirin XXIII turunda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri növbəti mərhələdə “Sumqayıt”a qalib gəliblər – 2:1.

Gəncə təmsilçisi Premyer Liqada altı ildən sonra ardıcıl iki qələbə qazanıb. “Kəpəz”in sonuncu belə uğuru 2016-2017-ci il mövsümünə təsadüf edib. 2017-ci ilin aprelində komanda ardıcıl dörd matçda üç xal qazanıb. Gəncə klubu 2017-2018-ci il mövsümündə və cari çempionatın əvvəlki turlarında iki qələbədən artıq seriyaya imza atmayıb.

Sumqayıtdakı oyun həm də “Kəpəz”in qol vurduğu 400-cü matç kimi tarixə düşüb. Yalnız üç komanda daha çox görüşdə fərqlənib. Bunlar “Qarabağ”, “Neftçi” və “Şamaxı”dır.

Xəbər 207 dəfə oxundu.