Cüdoçularımız açıq Avropa turnirində mübarizəyə başlayırlar
Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri start götürüb.

Turnirin ilk günündə 3 çəki dərəcəsində 4 cüdoçumuz tatamiyə çıxacaq.

Qadınların yarışında Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Diana Şoranova və Nərgiz Hacıyeva (hər ikisi 63 kq) medallar uğrunda mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışa 44 ölkədən 463 idmançı qatılıb.

Xəbər 183 dəfə oxundu.